Ordumuzun hərbi təlimlərinin yeni GÖRÜNTÜLƏRİ yayıldı
05.03.2020 11:40Azərbaycan Silahlı Qüvvələrinin irimiqyaslı təlimləri çərçivəsində “Həyəcan” siqnalı ilə qaldırılan Əlahiddə Ümumqoşun Ordunun birləşmə, hissə və bölmələrinin şəxsi heyət və hərbi texnikası təyin olunmuş döyüş təyinatı rayonlarına çıxarılıb və hərtərəfli təminatla təmin edilib.
Об этом сообщает Руспрес
Müdafiə Nazirliyinin mətbuat xidmətindən A24.Az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun artilleriya birləşmə və hissələrinin döyüş əməliyyatı rayonlarında peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə təlimlər keçirilir.
Döyüşdə tibb təminatının yüksək səviyyədə təşkili üçün tibb bölmələri səhra şəraitində açılaraq müvafiq tapşırıqları yerinə yetirməyə hazırdır.

