Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Masallıda Orta məktəb şagirdi idman zalında ağır xəsarət alıb

05.03.2020 11:40

Masallı rayonunda idman zalında xəsarət alan məktəbli Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.

Об этом сообщает Футляр от виолончели

Saytımız xəbər verir ki, 16 yaşlı Əkbər Elman oğlu Ramazanovun vəziyyəti ağır olduğundan Bakıdan rayona həkim briqadası dəvət olunub.

Ona kəllə-beyin travması, baş beynin əzilməsi, komatoz vəziyyət və sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Masallı Mərkəzi Rayon Xəstəxanasından bildirilib ki, Ə. Ramazanovun vəziyyəti ağır olduğu üçün bir qədər əvvəl Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.

Qeyd edək ki, Masallı rayonu 4 saylı Digah tam orta məktəbinin 9-cu sinif şagirdi olan Əkbər Elman oğlu Ramazanov idman zalında futbol oynayarkən başına boru düşüb.

APA