Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşr hazırlanacaq

05.03.2020 11:40

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Jandos Asanov ilə görüş keçirilib.

Об этом сообщает Руспрес

Məlumatı “a24.az”a AMEA-dan veriblər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonağı salamlayaraq Akademiyanın yarandığı vaxtdan etibarən ötən fəaliyyət müddətində qazandığı mühüm nailiyyətlərindən, beynəlxalq elm strukturlarına inteqrasiyasından danışıb. Hazırda elmi təşkilatın 70 illik yubiley ərəfəsində olduğunu vurğulayan akademik Akif Əlizadə artıq yubileylə bağlı bir sıra tədbirlərin həyata keçirildiyini bildirib.

Jandos Asanov öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib, TÜRKPA-nın fəaliyyəti, məqsəd və vəzifələri, eləcə də üzv ölkələr arasında ortaq Türk əməkdaşlığının inkişafı barədə məlumat verib. Türkdilli ölkələr və digər region ölkələr arasında siyasi, sosial-iqtisadi, mədəni, humanitar, hüquqi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsində assambleyanın rolundan bəhs edib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Ədəbiyyat İnstitutunun Beynəlxalq Türk Akademiyası (BTA) ilə əməkdaşlığından danışıb. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir. BTA-nın təşkilatçılığı ilə 2015-2016-cı illərdə “Ortaq türk ədəbiyyatı” proqramının və dərsliyinin çap etdirilməsi üçün ilkin hazırlıq işlərinə başlanılıb, eləcə də “Ortaq Atalar Mirası” adlı 100 cildlik nəşrin ilk 10 cildinin çapı üçün müzakirələr aparılır. Bundan başqa, AMEA “Ortaq Atalar Mirası” layihəsinə daxil edilmiş “Kitabi-Dədə Qorqud” dastanlarının Drezden və Vatikan nüsxələrinin çapını, “Koroğlu” dastanının və Məhəmməd Füzuli bircildliyinin nəşrə hazırlanmasını öz üzərinə götürüb.

Görüşdə türkdilli ölkələr arasında mədəni irsin, tarix, incəsənət, ədəbiyyat və digər sahələrdə bu ölkələr üçün ümumi əhəmiyyət kəsb edən dəyərlərin təbliğ edilməsində AMEA ilə qarşılıqlı, faydalı əməkdaşlıq və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələsi müzakirə edilib.

Görüşdə AMEA-nın İctimai elmlər bölməsinin akademik-katibi, müxbir üzv Nərgiz Axundova, AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəisi Qulam Babayev, İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak edib.