Oruc tutmaq beyni qüvvətləndirir – ARAŞDIRMA
05.03.2020 11:40Oruc tutarkən qanımızda girelin hormonu artır.
Об этом сообщает Роспрес
Saytımız “din.az”a istinadən xəbər verir ki, girelin hormonunun ən mühüm təsiri aclıq hissi yaratmaq olsa da bu hormonun beynin öyrənmə və yaddaşla bağlı hissəsi olan hipokampusla qarşılıqlı təsirdə olaraq onu inkişaf etdirdiyi aşkar edilib. Yeil Universitetindən bir heyətin siçanlar üzərində apardıqdıqları sınaqlar da bunu isbat edir.
Artıq Ramazan ayındayıq. Bütün dünyada bir milyarddan artıq müəslman Allah rizasını əldə etmək üçün səhərdən axşama qədər oruc tutacaq. Oruc tutanlar üçün bu ibadətin məqsədi Allahın rizasını əldə etmək olsa da bununla yanaşı, orucun insan sağlamlığına olan müxtəlif faydalarının olduğunu da öyrənirik.
Ötən ay İngiltərənin Svensi Universitetindən olan Jefri Devisin heyətinin dərc etdiyi bir araşdırmaya əsasən, oruc tutmaq zehni qüvvətləndirir. Oruc tutanlarda iştahanı artıran bir mədə hormonunun, yeni beyin hüceyrələrinin böyüməsində və həmin hüceyrələrin insanı yaşlanmadan qorumaqda mühüm rola oynaması ilə bağlı yeni elmi məlumatlar əldə edilib. Bu məlumatlar oruc tutan insanların, həmin ərəfədə nə üçün özlərini zehin baxımından təravətli hiss etdiklərini izah edir.

