Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edildi – “Qırmızısaçlı qadın”

05.03.2020 11:40

Ədəbiyyat üzrə Nobel mükafatçısı, məşhur türk yazıçı Orxan Pamukun son romanı Azərbaycan dilində nəşr edilib.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, “Qırmızısaçlı qadın” romanı “Xan” nəşriyyatında işıq üzü görüb. Romanın tərcüməçisi Sərdar Amindir.

“Qırmızısaçlı qadın” romanı satışa çıxarıldıqdan iki həftə sonra Türkiyədə yenidən nəşr edilib. Avropanın bütün şəhərlərində böyük oxucu kütləsi qazanan yazıçının bu romanı iki həftə ərzində 250 min nüsxə tirajla çap olunub.

Roman dünyanın 10-larla ölkəsində nəşr edilib.

Qeyd edək ki, Qırmızısaçlı qadın” romanı otuz il əvvəl İstanbul yaxınlığındakı bir qəsəbədə məktəbli bir gəncin yaşadığı sarsıdıcı eşq hekayəsindən və bu eşqin onu böyük bir cinayətin arxasınca sürükləməsindən bəhs edir.

Roman gənc qəhrəmanın məhəbbət, qısqanclıq, məsuliyyət və azadlıq duyğuları ilə yanaşı, həm də nüfuz və fərd olma məsələlərini müzakirə edir.