Osmanlı səltənəti davam etsəydi indiki sultanı kim olacaqdı? – İmperiyanın ən yaşlı nümayəndəsi ortaya çıxdı
05.03.2020 11:41Osmanlı imperiyasının ən yaşlı nümayəndəsi II Əbdülhəmid xanın kötücəsi şahzadə Dündar Osmanoğlu İstanbula gətirilib.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Dündar Osmanoğlu 1930-cu ildə Livanda doğulub.
İmperiyanın ən yaşlı nümayəndəsi, Suriyanın paytaxtı Şamda yaşayırmış. O , 23 il sonra öz doğma torpaqlarına gətirilib.
Dündar Osmanoğlu prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, sonuncu Osmanlı padişahı sultan Vəhdəddin xanın məzarının Şamdan Türkiyəyə gətirilməsini istəyib.
Qeyd edək ki, Osmanlı səltənəti davam etsəydi imperiyanın indiki sultanı Dündar Osmanoğlu olacaqdı.
Nərmin Kərim

