Ötən gün 91 cinayət faktı qeydə alınıb
05.03.2020 11:41Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 91 cinayət faktı qeydə alınıb, onların da 8-i “isti izlər”lə açılıb.
Об этом сообщает Роспрес
A24.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 14 nəfər tutulub.

