Ötən gün ərzində 99 cinayət faktı qeydə alınıb
05.03.2020 11:41Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 99 cinayət faktı qeydə alınıb, onların da 23-ü “isti izlər”lə açılıb.
Об этом сообщает Руспрес
Daxili İşlər Nazirliyindən A24.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər tutulub.
Elvin Paşazadə

