Övladlarını sərvətlərindən məhrum edən dünya məşhurları – SİYAHI
05.03.2020 11:41Bəzi böyük maliyyəyə sahibi məşhurlar var ki, onlar varidatlarını uşaqlarına buraxmamaq qərarına gəliblər.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, aşağıda adları sadalanan şəxslər övladlarını varis kimi qəbul etmirlər:
Nigella Lavson
İngilis jurnalist Nigella karyerası boyunca bir çox mükafat qazanıb, əhəmiyyətli məqalələr yazıb. Buna görə də böyük bir sərvətin sahibidir. Televiziya siması, yazıçı və aşpaz kimi də fəaliyyət göstərən bu qadının 13,12 və 11 yaşlı 3 övladı var. O, qeyd edir ki, əgər övladlarına mirasını qoyub getsə, bu zaman onlar özləri pul qazanmadıqları üçün böyük bir boşluğa düşəcəklər.
Sting
1980-ci illərdən etibarən çoxsaylı musiqi mükafatları qazanan Sting dünyanın ən uğurlu rok müğənnilərindən biridir. Sting indiyə kimi qazandığı 270 milyon dollar sərvətini 6 uşağının heç biri ilə bölməyəcəyini açıqlayıb.
Gene Simmons
Amerikanın ən zəngin şəxslərindən hesab olunan Gene mətbuatda yazıçı, müğənni, aktyor, rejissor kimi də tanınır. Hazırda 300 milyon dollar sərvəti olan Gene bu məbləği övladlarına miras qoymayacağını çoxdan açıqlayıb.
Ceki Can
Rol aldığı döyüş səhnələri ilə böyük uğurlara imza atan aktyorun sərvəti 350 milyon dollardır. O, bu sərvətini xeyriyyə məqsədi ilə xərcləyəcəyini söyləyib.
Ted Turner
5 milyard dollarlıq sərvətə sahib olan Ted Turner CNN-in qurucularından biridir. Beau, Teddy, Jennie, Laura və Rhett Turner adlı 5 övladı var. Ted bildirib ki, övladlarına bu sərvəti miras qoyub getməyəcək. Çünki onlar öz pullarını qazanmağı bacarmalıdırlar.
George Lucas
Yazıçı, rejissor və ssenarist kimi tanıdığımız George bir çox tanınmış filmin rejissorudur. O, açıqlayıb ki, 5 milyard dollarlıq sərvətini övladlarına miras qoymayacaq. George sərvətinin ehtiyacı olanların təhsilinə və xeyirxah işlərə xərclənəcəyini açıqlayıb.
Maykl Bloomberg
Amerikanın ən güclü şəxslərindən olan Nyu-Yorkun keçmiş bələdiyyə başçısı Maykl Bloomberg siyahıdakı digər şəxslər kimi maliyyə cəhətdən uşaqlarına heç nə miras qoymayacaq. Georgina Bloomberg və Emma Bloomberg adlı 2 qız övladı olan Mayklın ümumilikdə 35 milyard dollar sərvəti var. O, bildirib ki, bu pulu Hopkins Üniversiteti, Cornell Tech və bir çox başqa təhsil mərkəzlərinə xərcləyəcək.
Varren Buffett
Onun bütün mal varlığı 65 milyard dollardır. Varren siyahıdakı digər şəxslər kimi bildirib ki, uşaqları sərvəti özləri qazanmalıdır. Onun pullarının bir qismi təhsil mərkəzlərinə, qalanı isə xeyriyyə fondlarına yatırılacaq.
Bill Gates
“Microsoft”un qurucularından olan Bill uşaqları Cennifer, Phoebe və Rorini öz sərvətindən məhrum edəcək. O, bildirib ki, uşaqlarının hamı ilə eyni şərtlər daxilində böyüməsini istəyir. Son olaraq Bill açıqlayıb ki, sərvətini öz adını daşıyan fonda yatıracaq.
İlhamə Bəhmənova

