Oxumağa 47 yaşından başlayan şəkili “Müslüm Maqomayev” səsi ilə sosial şəbəkələri silkələyir – VİDEO
05.03.2020 11:41Seymur Qasımzadə Allahyar oğlu 1962-ci ildə Şəkidə anadan olub. Professional musiqi təhsili almayıb. 7 illik piano məktəbini bitirib. Qasımzadə 1984-cü ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirib. İllərlə mühəndis işləyib. Daha sonra liseylərin birində informatikadan dərs deyib. Pedaqoji fəaliyyətini davam elətdirməyib və fotoqraflıqla məşğul olub.
Об этом сообщает Руспрес
A24.Az-a açıqlama verən S.Qasımzadə 47 yaşında oxumağa başladığını qeyd edir. Səsi və şöhrəti ilə Azərbaycanı dünyaya tanıtdıran SSRİ-nin və Azərbaycanın xalq artisti, bəstəkar, müğənni Müslüm Maqomayevin mahnılarını məharətlə ifa edir. O, qısa zamanda səsi ilə ürəkləri fəth edə bilib.
Seymur Qasımzadə qeyd edir ki, dəfələrlə müsabiqələrə qatılıb. Axırıncı dəfə “Böyük Səhnə” müsabiqəsində iştirak edib, amma seçilməyib. “Özüm də bilmədim niyə məni qəbul etmədilər”.
Hazırda peşəkar fotoqraflıqla məşğul olan Seymur Qasımzadə Qəbələdə restoranların birində müqavilə ilə mahnı oxuyur. Şəkidə təşkil edilən dövlət tədbirlərində də ara-sıra çıxış edir. O qeyd edir ki, sentyabr ayında Ukraynada keçiriləcək müsabiqələrin birində Azərbaycanı təmsil etmək üçün dəvət alıb.

