Oyandığı zaman görüşdüyü adam boğazını kəsirdi – Qorxunc hadisə kameralara düşdü
05.03.2020 11:41İngiltərədə qorxunc hadisə yaşanıb.
Об этом сообщает Футляр от виолончели
Saytımızın məlumatına görə, Mark Canavagh adlı şəxs internetdə tanış olduğu kişi tərəfindən yatızdırılıb. Oyandığı zaman hər yerini qanlar içərisində görüb.
Hadisə bu cür cərəyan edib: İngiltərənin Mançester şəhərində yaşayan Mark Canavagh internet vasitəsiylə tanış olduğu Steven Lund tərəfindən öldürülmək istənilib. 51 yaşlı kişi görüş yerinə getdiyi zaman huşunu itirib. Qurbanını yatızdıran Lund isə qorxunc məqsədini həyata keçirməyə qərar verib.
Canavagh özünə gələn zaman üzərində sadəcə mələfə və hər yanı qanlar içərisində olub. Bədəninin hər yerində kəsik və deşiklər olan adam bıçağın boğazına dayandığını hiss edib. Həmin an Lund yavaş-yavaş qurbanının boğazını kəsirmiş. Nə baş verdiyi anlayan Canavagh boğazını kəsən Lundla əlbəyaxa olub, daha sonra onu itələyərək qaçıb canını qurtarıb.
Qorxulu filmlərdən geri qalmayan hadisə təhlükəsizlik kameraları tərəfindən görüntülənib. Binadan çıxar-çıxmaz küçədə insanlardan kömək istəyən Canavagh xəstəxanaya aparılıb. 2 həftə ərzində müalicə alan kişinin bədəninin müxtəlif hissələrinə 32 tikiş qoyulub.
Araşdırma zamanı qorxunc hadisəni törədən Ludun 37 il bundan əvvəl yük maşınının sürücüsünü öldürdüyü üçün həbs həyatı yaşadığı, amma şərti olaraq azadlığa çıxdığı müəyyən olub. Lakin Ludun qanunlara əməl etmədiyi üçün fərari olduğu bildirilib. Polislər tərəfindən yaxalanan şəxs 27 il həbs cəzasına məhkum edilib.
Firuzə Alimova / A24.az

