Özbəkistanda konsert verən Üzeyir Mehdizadəni polislər tutdu, bölməyə apardılar – Müğənni başına gələnləri danışdı – VİDEO
05.03.2020 11:41Tanınmış müğənni Üzeyir Mehdizadə xarici ölkələrin birində konsert zamanı başına gələn maraqlı hadisədən danışıb.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, Xəzər TV-də yayımlanan “5də 5” verlişinin qonaqlarından biri də Üzeyir Mehdizadə olub. Verlişində müğənninin xarici ölkələrdə verdiyi konsertlərdən görüntülər nümayiş olunub.
Bu zaman Üzeyir Özbəkistanda baş tutmuş konsertdə yaşadığı hadisəni xatırlayıb. O, başına gələnləri tamaşaçılar üçün belə nəql edib:
“Özbəkistanda konsert proqramı ilə çıxış etdim. Konsert başa çatdıqdan sonra mən səhnədən çıxa bilmədim. Çünki çox adam içəri girə bilməmişdi. Onlar çöldə gözləyirdi bizi. Maşının qarşısını kəsmişdilər. Heç cür ordan çıxa bilmirdik. Bu anda polislər gəldi, bizi mühasirəyə aldılar. Üstümüzə qışqırdılar. Maşının açarlarını aldılar bizdən və bölməyə apardılar. Nə olduğunu soruşduqda isə cavab vermirdilər. Axırda köməkçimə “Siz şou göstərə bilirsiz, biz bilmirik?! Sizi camaatın içindən başqa cür çıxara bilməzdik” dedilər”.

