“Özümü 80 yaşında hiss edirəm” – Ərinin zəhərlədiyi qadın danışdı
05.03.2020 11:41Türkiyə onu 3 övladının atasının qəhvəsinə zəhər tökərək öldürülmək istədiyi zaman tanıdı. Həyata davam edərək yaşayan Gurbet E. zülüm və göz yaşları ilə dolu həyat hekayəsini danışıb.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, batmanlı, kasıb ailədə dünyaya gələn Gurbet E. kiçik yaşlarından işləməyə başlayıb. Heç məktəbə getməyib. 14 yaşı olarkən görücü üsulu ilə özündən 14 yaş böyük həmyerlisi Çingiz E. ilə ailə həyatı qurub. “Batmanda nişanlandım, İstanbulda cırıq-sökük gəlinlik paltarında toyum oldu”, -deyib qadın.
Toxuculuq fabrikində işləyən Gurbet E. elə evliliyinin ilk günlərindən gəlin getdiyi yerdə təzyiqə məruz qalıb. Əri tərəfindən döyülən, söyülən qadın 2 il sonra ata evinə geri dönüb.
15 yaşında ilk uşağını qucağına alıb. Əri ilə barışmalı olub, ayrı evə çıxıb. Rəsmi nikahın nə olduğunu 17 yaşında ikinci övladına hamilə olarkən, qarnı burnunda 7 aylıq hamiləliyində qeysəriyyə əməliyyatının məsrəflərindən xilas olmaq üçün nikah masasına oturarkən bilib.
Ərinin heç vaxt ona yaxşı davranmadığını, amma dəli kimi qısqandığını deyən Gurbet E. həm uşaqlarını böyüdüb, həm də sığortası olmayan yerlərdə çox az əmək haqqı qarşılığında işləyib.
Hər anı psixoloji sarsıntı, təzyiq, şiddətlə günlərini keçirən qadın indi 3 məktəbli uşağına baxır. Boşanma davasından sonra ərindən aliment alan, əri tutulduqdan sonra alimenti kəsilən qadın dövlət orqanlarına dəfələrlə müraciət etsə də, ona sahib çıxan olmayıb.
“Özümü 80 yaşında hiss edirəm” –deyən Gurbet E. çox çətin şəraitdə 3 övladı ilə həyata tutunmağa çalışır.

