Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pakistan-ABŞ müharibəsi başlaya bilər – Ordu rəhbərliyindən ƏMR

05.03.2020 11:41

Pakistan Hava Qüvvələrinin başçısı Sohail Aman ABŞ daxil olmaqla, ölkəsinin hava sahəsinə icazəsiz giriş edən bütün insansız təyyarələri vurmaq əmrini verib.

Об этом сообщает Роспрес

A24.az xəbər verir ki, Pakistan, xüsusilə, ABŞ-ın öz ərazisində insansız təyyarələrlə həyata keçirdiyi hücumları ölkənin suverenliyinin pozulması kimi qəbul edib.

S.Aman paytaxt İslamabaddakı çıxışında bildirib ki, kiminsə Pakistanın hava sərhədlərinə müdaxilə etməsinə icazə verməyəcək:

“Pakistan Hava Qüvvələrinə hava sahəmizə daxil olaraq suverenliyimizi, ərazi bütövlüyümüzü pozan bütün qüvvələrin təyyarələrini vurmaq əmri vermişəm”.

Qeyd edək ki, ABŞ 2004-cü ildən etibarən Pakistanın hava sahəsinə müdaxilə edirdi. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) isə 30 noyabr 2017-ci il tarixinədək Pakistandakı bütün müdaxilələrdən məsuliyyət daşıyırdı.

ABŞ bu ilin may ayında əfqan talibanlarının lideri Molla Ahtar Mansuru, sentyabr ayında isə 3 nəfəri insansız təyyarələrlə öldürmüşdü.(publika.az)