Pakistanlı nazir Türkiyə səmasında ATAK helikopterini sınaq etdi
05.03.2020 11:42İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edən Pakistanın baş naziri Şahid Hakan Abbasi və yanındakı nümayəndə heyəti Atatürk Havalimanı Baş Aviasiya Terminal Apron’u Türk Havaçılıq və Kosmos Sənayesi A.Ş. (TUSAŞ) müdiri Temel Kotil ilə görüşüb.
Об этом сообщает Руспрес
Saytımız Türkiyə KİV-nə istinadən xəbər verir ki, Abbasi görüş zamanı ATAK helikopteri haqqında sınaq keçirən pilotlar Arif Ateş və Barış Yakardan məlumat alıb. Özü də pilot olan Abbasi daha sonra Arif Ateşlə birlikdə ATAK helikopteri ilə təqribən yarım saatlıq sınaq uçuşu həyata keçirib.
Sınaq uçuşundan sonra media nümayəndələrinə açıqlama verən Abbasi uçuşun çox yaxşı keçdiyini söyləyib və bunları qeyd edib:
“Bir pilot olaraq deyə bilərəm ki, bu helikopter dünyada olan ən yaxşı və güclü helikopterdir. Pakistan Silahlı Qüvvələri artıq 4 ildir ki, bu helikopteri bütün məqamlarda sınayıb və birinci yerdə seçərək helikopteri texniki yöndən bəyənib və uğurlu sayır. Hazırda danışıqlar davam edir və hər şey müsbət istiqamətə doğrudur. İnşallah bu helikopteri alıb ən qısa zamanda Pakistan Silahlı Qüvvələrinin inventarına yerləşdirəcəyik”.
Firuzə Alimova / A24.az

