Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Paltarını cırdılar, bədənini kəsdilər, zorlamaq istədilər – Tanınmış qadın yaşadıqlarından danışdı

05.03.2020 11:42

“Sənətin nənəsi” ləqəbli dünyaca məşhur rəssam Marina Abramoviç artıq 40 ildən çoxdur ki, interaktiv instruksiyalar  hazırlayaraq  insanları dərindən düşünməyə vadar edir.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, Abramoviçin çıxışlarının təsiri uzunmüddətli olur. Buna misal olaraq, ilk çıxışlarından olan “Ritm 0” (Neapol, İtaliya) göstərmək olaraq.

“Ritm 0” – çox sadə quruluşa sahibdir. Abramoviç heç tərpənmədən 6 saat müddətində dayanıb. Ona yaxınlaşan insanlardan xahiş edirdilər ki, ona nə istəyirlərsə, etsinlər. Buna görə rəssam qabaqcadan masaya 72 dənə alət qoyub.

Abramoviç instruksiyanı əlində tuturdu.Onun burada verdiyi ideya: nə istəyirsiniz edin, bütün məsuliyyət mənim boynumdadır.

İlk öncə qadına sadəcə fotoqraflar yaxınlaşırdılar. Bir müddət sonra isə dəhşətli olaylar başladı.

Hələ ki, indi alətlər olan masaya qayıdaq. Onun üzərində “Həzz obyektləri” və “parçalanma obyektləri” var idi. Ən zərərsiz – quş lələyi və gül, ən təhlükəlisi isə bıçaq, ülgüclə və doldurulmuş silah idi.

Rəsm tənqidçisi Tomas Makevilli Abramoviçin çıxışını diqqətlə izləyənlərdən olub və o vaxtları belə xatırlayır: “Başlanğıcda dözümlü  idi. Kimsə onun ətrafına fırlanırdı. Kimsə onun əlini qaldırırdı. Bəziləri isə intim toxunuşlar edirdi”.

“Çıxışının 3-cü saatında onun geyimi tamamilə cırıq-cırıq edilmişdi. 4-cü saatda isə geyimini parçalayan ülgüclər artıq onun dərisini kəsirdi. Ona qarşı bəzi kiçik cinsi istismarlar da olurdu. Lakin Marina o dərəcədə sənətini sevirdi ki, hətta ona orda təcəvüz etmək və ya öldürmək istəsələr də,  qarşı çıxmazdı”.

Rəssamın özünün bu haqda fikirləri daha da dəhşətlidir.”Mən zorakılığı hiss edirdim. Onlar mənim paltarımı kəsmişdilər, qarnıma gülün tikanı ilə xəsarət yetirmişdirlər. Gicgahımda dolu silah hiss edirdim”.

6 saatın sonunda rəssam öz postunu tərk edib. Bəzi kişilər onun lüt bədəninə toxunurdular. O, zorakılıq edənlərin arasından keçib getdi. Heç kim onun gözlərinə baxa bilmirdi. İnsanlar istəmirdilər ki, etdikləri şeylərə görə onları günahlandırsınlar. Hətta elə gəlirdi ki, onlar etdikləri əməli unutmaq istəyirlər.

“Bu ekspriment onu sübut etdi ki, insanların daxilində dəhşətli nəsə var. Bu sübut etdi ki, insanlar normal şəraitdə belə sənə zərər verə bilərlər. Bəlkə belə bir səhnə qursaq, xeyli sayda “normal” insan əsl zalıma çevrilər”,- deyərək Mariya Abramoviç keçirtdiyi eksperimentdən danışıb.

Bu eksperiment hər kəsi düşünməyə vadar edib.

Minirə Qubatova//A24.Az