Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Papa nağıl danışır, yoxsa həqiqətən müsəlmanlara görüşüb, onların halına ağlayıb?

05.03.2020 11:42

Myanmarda “arakanlılar” sözünü deyə bilməyən Papa qətliamçı hökumətin reaksiyasından gizləndiyini açıqlayıb.

Об этом сообщает Роспрес

Bundan başqa Papa arakanlı qaçqınlarla mediadan kənar qapalı mühitdə görüşdüyünü və ağlayaraq onlardan bağışlanma istədiyini deyib.

Bildiyimiz kimi Papa Fransisk Mynamarda mülki və hərbi liderlərlə görüşdükdən sonra 600 mindən çox Arakanlı müsəlmanların Myanmardakı qətliam hadisələrindən qaçaraq sığındığı Banqladeşə gedib.

Paytaxt Dəkkədə Arakanlı müsəlmanların başlarına gələnləri dinləyən Papa onunla danışan qaçqınlara xeyir-dua verib. Myanmar ziyarəti zamanı “Arakan” ifadəsini işlətməkdən qaçan Papa qaçqınlarla görüşən zaman ilk dəfə bu sözü işlədib. Papanın bu münasibəti hədəfə tuş gəlməsinə səbəb olub.

Myanmar hökuməti ölkəsində yaşayan və vətəndaşlıq haqları olmayan arakanlılar üçün rəsmi olaraq “banqladeşli qaçqınlar” ifadəsini işlədir.

Papa “Tanrının var olması bu gün eyni zamanda Arakan olaraq adlandırılır” deyib.

Daha sonra 16 arakanlı müsəlmanla görüşən Papa “dünyanın diqqətsizliyi”nə görə üzr istəyib və “Biz sizə yaxınıq. Vəziyyətiniz çox çətindir. Sizi incidənlər adına dünyanın səzssiz qalmasından dolayı sizdən bağışlanma diləyirəm. Geniş qəlblərinizdən üzrü bizə lütf etməyinizi istəyirik” deyib.

Firuzə Alimova / A24.az