Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Papa Trampa “axmaq” dedi: “Getsin elm adamları ilə danışsın”

05.03.2020 11:42

Papa ABŞ, Meksika və Karib Hövzəsi ölkələrini cənginə alan “İrma” qasırğası haqqında danışarkən iqlim dəyişikliyini rədd edənləri axmaq adlandırıb.

Об этом сообщает Роспрес

A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 günlük Kolombiya səfərindən sonra mətbuat konfransı keçirən Papa Fransisk ” İqlim dəyişikliyinə şübhə edənlər gedib elm adamları ilə danışsınlar. Bu fikirlər havadan törəmir”, – deyə bildirib.

İqlim dəyişikliyi məsələsində siyasətçiləri tənqid edən Papa Fransisk bu problemlə mübarizə məsələsində olduqca aktiv rol nümayiş etdirir.

Türkiyə mətbuatı bu münasibəti ABŞ prezidenti Donald Trampa atılan atmaca kimi qiymətləndirib. Çünki bir müddət öncə Tramp “Paris İqlim Müqaviləsi”dən imtina etmək barədə qərar qəbul etmişdi. Bunu əsas gətirən türk mediası Papanın çıxışını “Papa Trampa axmaq dedi” başlığı ilə tirajlayıb.