Parçalanacaq 5 ölkənin siyahısı məlum oldu – SIRASIYLA
05.03.2020 11:42Mövzuya giriş etməzdən əvvəl sizi amerikalı bir jurnalistin 2013-cü ildəki araşdırması ilə tanış edim.
Об этом сообщает Футляр от виолончели
“New York Times” qəzetinin müxbiri Robin Write qətiyyətlə iddia edir ki, yaxın zamanlarda 5 dövlət parçalanaraq ortaya 14 yeni dövlət çıxacaq.
Müxbir qarşıdurmaların yaşandığı bölgədə bir çox ölkələrin bölünməsi ilə Orta Şərqin xəritəsinin yenidən dəyişdiriləcəyini deyir. Həmin 5 ölkə isə Suriya, İraq, Səudiyyə Ərəbistanı, Liviya və Yəməndir.
Ən böyük bölünmə Səudiyyə Ərəbistanında yaşanacaq. Belə ki, ölkədə idarəçilik şahzadələrə keçdikcə qəbilədə yaranan ayrı-seçkiliklər dərinləşəcək və beləliklə şimal, cənub, şərq və qərbi Ərəbistan peyda olacaq.
Suriya və İraqda Kürdüstan dövləti…
Artıq 6 ildir qarşıdurmaların yaşandığı Suriya, həmçinin İraq da 3 yerə bölünəcək. Suriyanın Aralıq dənizi sahillərində ələvi dövləti yaranacaq. Suriyanın şimalı ilə Şimali İraqda Kürdüstan dövləti qurulacaq. Suriyalı və İraqlı sünnilər isə birgə dövlət quracaqlar. İraqın cənubunda isə “Şiistan” dövləti olacaq.
Yəmən isə yaxın zamanlarda şimal və cənub olaraq iki yerə parçalanacaq.
Liviyada 3 dövlət…
Liviya da parçalanmadan qurtula bilməyəcək. Qəbilələr arasında yaranan böyük rəqabət nəticəsində ölkənin şərqində Sirenakya, qərbində Tripoli və cənub-qərbdə Fizan adlı dövlətlər meydana çıxacaq.
Hazırda parçalanması ən aktiv olan ölkələr İraqdır ki, sentyabrın 25-də bu hadisə gerçəkləşdiriləcək. Belə ki, İraqda “Kürdüstan” olaraq adlandırılan dövlətin müstəqillik əldə etməsi ilə bağlı referendum keçiriləcək. Referendumda iraqlı seçicilərə bu sual veriləcək: “Kürdüstan bölgəsinin və Kürdüstan regional rəhbərliyinin nəzarəti xaricində Kürdüstan bölgəsində müstəqil bir dövlətin qurulmasını istəyirmisiniz?”
İraqda Kürdüstanın qurulması layihəsi ABŞ senatoru (daha sonralar baş nazir köməkçisi olan) Co Bayden tərəfindən təqdim edilmişdir. Layihə rəsmi olaraq təkcə bir dövlət tərəfindən dəstəklənməkdədir ki, o da İsraildir.
Kürdüstan bölgəsinin yaranması tarixçəsi isə belədir:
-1991-ci ildə Küveyt İraq tərəfindən işğal edildikdən sonra ABŞ və Birləşmiş Krallıq İraq Kürdüstanı bölgəsini işağl etdi.
-Mesut Barzani və Celal Talabaninin iştirakı ilə ortaq hökumət yaradıldı. O vaxtlar Barzani işağl edilən torpaqlarda Talabaninin adamları ilə döyüşmək üçün Səddam Hüseyindən kömək istəmişdi. O da bunu Anqlosaksonların əli ilə gerçəkləşdirdi.
-Nəticədə 1998-ci ildə Vaşinqtonda bölgəni iki yerə bölən sülh müqaviləsi imzalandı.
-2003-cü ildə İraq işğal edildikdən və Səddam Hüseyin devrildikdən sonra qəblilər Mesut Berzanini bütün bölgənin rəhbəri olmasını irəli sürdülər.
-İlk dəfə 2005-ci ildə prezident seçilən Mesut Berzani, yenidən 2010-cu ildə seçilib. 2015-ci ildə xidməti vəzifəsinin başa çatmasına baxmayaraq hələ də bölgəyə rəhbərlik etməkdədir.
Bu ilin sonunda parçalanması gözlənilən dövlətlərdən biri isə İspaniyadır. Bu ölkə üçün növbəti yaxın rəqəm 1 oktyabrdır. Görəsən, katalonlar 2014-cü ildə yarımçıq qalan arzusuna çatacaq?
O zaman İspaniyada nələr baş verir?
İspaniyanın 17 müstəqil hökumətindən biri olan Kataloniya parlamentin qərarı ilə mərkəzi hakimiyyətdən katalanlara “millət” statusunun verilməsini istəyib. Bundan başqa katalanlar limanlarını işlətmək, vergi yığmaq və bu vergiləri istədikləri kimi istifadə etmək haqlarını da tələb ediblər.
Katalanlar daha da müstəqil olmaq istəyir. Belə ki, iqtidara gələrkən katalanların böyük dəstək verdiyi baş nazir Zapateronun tələbi isə ispan parlamentində böyük müzakirələrə səbəb olur. Miliyyətçi ispaniyalılar katalanların tələbini açıq-aşkar müstəqilliyə aparan bir addım olduğunu irəli sürür. Zapatero bir neçə dəfə Katalan lideri ilə görüşüb “millət” sattusunun qəbul edilməyəcəyini, lakin yığılan verginin 75 faizinə sahib ola biləcəklərini söyləsə də, hələ də bir razılığa gələ bilməyiblər.
Bunlar katalanların adətən ispaniyadan ayrılma səbələri kimi izah edilir.
Lakin qeyd edək ki, 2014-cü ilin 9 sentyabr tarixində Kataloniyada gerçəkləşdirilməsi nəzərdə tutulan xalq səsverməsi ispaniya hökumətinin etirazından sonra qəbul edilmiş qərarla qanunsuz elan edilmişdi. Artıq oktyabrın 1-də növbəti referendum seçkilərinin keçirilməsi gözlənilir. 2014-cü ildə keçirilən səsvermənin oktyabrın 1-də təkrarlanacağına qaranti verən İspaniyanın baş naziri Mariano Pajoy səsvermə sandığı, seçki məntəqəsi, seçicilərin siyahısı və ya seçki masası kimi referendumda zəruri olan hər hansı bir ünsürə icazə verilməyəcəyini açıqlayıb.
Vaxta az qalıb, yaşayarıq görərik…

