Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Parisdə sürücüsüz avtomobil testi başladı

05.03.2020 11:42

Fransanı paytaxtında yeni nəqliyyat sınaqları başlayıb.

Об этом сообщает Руспрес

A24.az xəbər verir ki, Parisdə sürücüsüz avtobusların qısa məsafələr üzrə testləri başlanılıb. Elektriklə işləyən 10 nəfərlik tutuma malik avtobuların ilk sınağı Şarl de Qol körpüsündən Lyon ilə Austerlitz avtovağzalı arasında olub. Saatda 7 kilometrlik sürətlə təxminən 200 metr məsafə qət edən test yürüşləri 3 ay davam edəcək.

Xüsusi kamera və sensorlarla təmin edilən elektrikli avtobuslar özlərinə ayrılan yollarda ətrafdakı insan, maşın və digər obyektləri sezə bilir. Paris merinin köməkçisi  Jean-Louis Missika test yürüşləri ilə əlaqədar jurnalistlərə verdiyi açıqlamada sürücüsüz avtobusların şəhər həyatı üçün bir inqilab olacağını deyib.

Paris şəhrinin nəqliyyat idarəsinin müdiri Elizabet Borne bildirib ki, qarşıdakı hədəfləri tam olaraq sürücüsüz nəqliyyat sisteminə keçməkdir.

Qeyd edək ki, soyuq qış günlərində atmosferin çirklənməsinin qarşısını almaq üçün paytaxt sakinlərinə ictimai nəqliyyat vasitələri pulsuz olur. Bələdiyənin avtovağzalları isə sakinlərə havayı xidmət edir.