Parlamentdə 15 min avroluq mikrofon itdi
05.03.2020 11:42Türkiyə Böyük Millət Məclisində konstitutsiyaya dəyişikliklər zamanı yaranan davadan sonra kürsüdən 15 min avroluq mikrofon itib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, dava zamanı ilk dəfə Millət Məclisindəki kürsü də yerindən qopub. 250 kiloluq kürsü çölə çıxarılaraq qarın üzərində təmir edildikdən sonra yenidən qaynaq edilib və beton tökülərək yerinə qoyulub. Lakin kürsünün aqibəti bununla bitmir. Belə ki, dava zamanı kürsüdəki iki mikrofondan biri itib.
Dəyənək kimi qoparılaraq istifadə edildiyi təxmin edilən 15 min avroluq mikrofonun yerinə köhnəsi taxılıb.

