Partiya sədri “Rəcəb İvedik 5” filimindəki qalmaqallı səhnədən danışdı: “İmkan verilməyəcək ki…”
05.03.2020 11:42Milliyetçi Hareket Partisi (MHP) lideri Devlet Bahçeli “Rəcəb İvedik 5” filimindəki boks səhnələrinə münasibət bildirib.
Об этом сообщает Руспрес
A24.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D. Bahçeli gələn ay premyeraya çıxacaq filmin sosisal şəbəkələrdə səs-küyə səbəb olan səhnəsindən danışıb.
O, bildirib ki, azərbaycanlı soydaşlar da Türkdür.
“Biz hamımız eyni kökə bağlıyıq. Bu filimdəki boks səhnəsi bizim tarixi və mədəni bağlarımızın zədələməsinə səbəb ola bilər. Həmin bağların qırılmasına millətin heç bir övladı imkan verməyəcək”.
Qeyd edək ki, qalmaqallı səhnə bundan əvvəl də bir neçə siyasətçinin narazılığına səbəb olduğu üçün filmin baş rol ifaçısı Şahan Gökbahar açıqlama verərək həmin səhnənin filmdən çıxarıldığını vurğulayıb.

