Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Paytaxt yolları qış hazırlığında- FOTO

05.03.2020 11:42

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Bakı şəhərindəki Qış Təsərrüfatı Sahəsi yenidənqurmadan sonra istismara verilib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın Oxu.az-a isinadən verdiyi xəbərə görə, qarlı-şaxtalı havalarda paytaxt yollarına yüksək səviyyədə xidmət göstərilməsi üçün sahədə hər bir şərait yaradılıb.

Müasir tələblərə cavab vermədiyindən əvvəlki Qış Təsərrüfatı Sahəsi sökülərək yerində yeni texniki baza yaradılıb. Buz bağlayan yolların təmizlənməsi üçün tədarük edilən qum, duz və digər qatqıların saxlanması üçün yeni anbarlar inşa edilib. Bununla paralel yeni anbara ilkin olaraq 500 tondan artıq duz tədarük edilib.

Texnikaların saxlanması üçün xüsusi meydançalar hazırlanıb.

Bildirilir ki, ümumiyyətlə, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi bu ilin payız-qış mövsümünə hazırlığı hələ oktyabr ayında yekunlaşdırıb.