Paytaxtda iki qadını maşın vurub öldürdü
05.03.2020 11:42Paytaxtda iki piyadanın ölümü ilə nəticələnən qəza qeydə alınıb. A24.Az xəbər verir ki, Yasamal rayonunun Moskva prospektində Bakı şəhər sakini Elvin Bağırov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən paytaxt sakini Əfruzə Xudiyevanı vurub. Xəstəxanaya yerləşdiriliən piyada orada ölüb.
Об этом сообщает Футляр от виолончели
Daha bir hadisə isə Binəqədi qəsəbəsində baş verib. Abşeron rayon sakini Fikrət Balakişi oğlu idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Sədaqət Yusifovanı vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Hər iki faktla bağlı müvafiq polis şöbələrində araşdırma aparılır.

