Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pensiyalarla bağlı yenilik – Nazirdən AÇIQLAMA – VİDEO

05.03.2020 11:42

Hökumət 1 milyon 300 min insanın pensiyasına yenidən baxmaq üçün komissiya yaradır. Komissiya 1992-ci ildən öncə stajı olan şəxslərin işlədiyi illəri dəqiqləşdirərək buna görə pensiyaya əlavə vəsait hesablayacaq.

Об этом сообщает Роспрес

Bu sözlərlə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov gələn ildən pensiyalarda artımın yeni sistemlə hesablanacağını da bildirib.

1 milyon 330 min nəfərin pensiyasının yenidən hesablanması üçün komissiya yaradılacaq. Buna səbəb 1992-ci ildən öncə əmək stajı olan şəxslərin həmin illərinin staja daxil edilməsi və bununla da pensiyalarda artımların olmasına nail olmaqdır. Əmək və Əhalininin sosial müdafiəsi naziri Səlim Müslümov 2018-ci ilin büdcə müzakirələrində belə deyib.

Nazir gələn ildən pensiyaların artımının daha çox olacağını bildirib. Çünki, yeni sistemə əsasən artımlar təkcə pensiyanın baza və ya sığorta hissəsinə deyil bütün məbləğə şamil ediləcək.

Səlim Müslümov məişət zorakılığından əziyyət çəkən insanlar üçün yeni mərkəzlərin açılacağına da diqqət çəkib. Nazir artıq iki mərkəzin hazırda fəaliyyət göstərdiyini, gələn ilin büdcəsində isə 3 yeni mərkəzin açılmasının nəzərdə tutulduğunu bildirib.

Nazir onu da qeyd edib ki, pensiya almaq istəyən şəxslərin balansında 110 manat yəni, pensiyanın formalaşmasına imkan verən qədər vəsait olmalıdır ki, insanlar pensiya ala bilsinlər. Bu vəsaiti toplaya bilməyən şəxslər pensiya almaqdan məhrum olacaqlar. //xezerxeber.az