“Pentaqondan izahat gözləyirik” – Sergey Şoyqu
05.03.2020 11:42Rusiya Federasiyasının müdafiə naziri Serqey Şoyqu qeyd edib ki, Moskvaya güc tətbiq etməklə dialoq cəhdlərinin perspektivi yoxdur.
Об этом сообщает Руспрес
A24.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, Şoyqu Pentaqondan izahat gözləyir.
Bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bu gün Bakıda baş tutacaq görüşü haqda danışarkən deyib.
Şoyqu Valeri Gerasimovun Bakıda Cozef Dunforddan Pentaqonun rəhbəri Ceyms Mettisunun Rusiya ilə bağlı sözlərinin izahatını tələb edəcəyini açıqlayıb.
Qeyd edək ki, Mettisu NATO ölkələrinin hərbi nazirlərinin Brüssel görüşündə ABŞ-ın Rusiya ilə əməkdaşlığın bərpasına sadiq qaldığını, amma Moskvaya güc tətbiq etməklə danışıqlara hazır olduqlarını açıqlamışdı.
“Biz Bakıdakı görüşdə general Dunforddan bununla bağlı izahat tələb edəcəyik”, – deyə Şoyqu vurğulayıb.

