Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pentaqonun UNO-ları araşdırdığı üzə çıxıb

05.03.2020 11:42

ABŞ Müdafiə Nazirliyi uzun illər uçan naməlum obyektləri (UNO) gizli şəkildə araşdırıb.

Об этом сообщает Футляр от виолончели

Saytımızın APA-ya istinadən verdiyi məlumata görə,  “The New York Times” və “Politico” nəşrləri Pentaqonun 2007-ci ildən 2012-ci ilə qədər ümumi hərbi büdcədən hər il məxfi “Hava və kosmik məkanda təhdidlərin aşkarlanması üzrə Proqram”a 22 milyon dollar ayırdığını yazıblar.

Məxfi proqramın maliyyələşdirilməsi 2012-ci ildə hərbi büdcəyə qənaət məqsədi ilə dayandırılıb. Ancaq Pentaqon əməkdaşları proqramın maliyyələşdirilməsinin dayandırılmasından sonra da UNO ilə bağlı materialların araşdırılmasını davam etdiriblər.

Məxfi “Hava və kosmik məkanda təhdidlərin aşkarlanması üzrə Proqram”ın 2007-ci ildə Senatdakı demokratlar çoxluğunun lideri Harri Ridin təşəbbüsü ilə həyata keçirilməyə başladığı məlum olub. Layihəyə hərbi kəşfiyyatın əməkdaşı Luis Elizodo rəhbərlik edib. Maliyyənin əksəriyyəti milyarder Robert Biqelou və dostu Harri Ridin başçılıq tədqiqat mərkəzinə ayrılıb. R. Biqelou bu ilin mayında CBS telekanalına müsahibəsində UNO-ların mövcudluğuna və onların Yer kürəsinə ziyarət etdiklərinə inandığını bəyan edib. R. Biqelounun tədqiqat mərkəzinin arxivində müxtəlif UNO-lar, o cümlədən yüksək sürətlə hərəkət edən və görünməyən təyyarə ilə bağlı materiallar saxlanılır.