Pərvin Abıyeva: “İnsanlar mənə mənfi rəylər yazırlar” – “BACANAQLAR” SERİALININ KADRARXASI – VİDEO
05.03.2020 11:43A24.Az saytının əməkdaşları maraqla izlədiyimiz “Bacanaqlar” serialının çəkiliş meydançasında olub, aktyorların öz rollarının öhdəsindən necə gəldiklərinin, kameraarxası məqamların canlı şahidi olublar.
Об этом сообщает Роспрес
Bu serialda Delya obrazını canlandıran Pərvin Abıyeva saytımıza açıqlamasında bu rolla stress atdığını və içindəki mənfi enerjini çıxardığını bildirib. Delya ilə Pərvinin xarakterləri arasında heç bir əlaqə olmadığını vurğulayan aktrisa dostluqda sadiq olduğunu və bu cür xəyanətləri qəti surətdə qəbul etmədiyini qeyd edib.
Delya obrazının ona mənfi təsirlərindən danışan aktrisa sevənlərinin ona xoşagəlməz rəylər yazmağını və bu obrazın dəyişilməsini istədiklərini öz uğuru kimi qəbul etdiyini söyləyib.
“Burdakı obrazlar absurddur, belə bir insanlar ola bilməz. Zərnişan ola bilər, Ceyran ola bilər, Delya da var hətta, amma mən Məhəbbəti, Sevdanı , Talehi real olaraq qəbul edə bilmirəm”.
Həmin görüntüləri təqdim edirik:
Brilyant Rəsulova
Fərid Orucov

