Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Pərvin Abıyeva: “Rafet çox romantik, səmimi insandır”

05.03.2020 11:43

Tanınmış aktrisa Pərvin Abıyeva Türkiyənin məşhur “Hürriyet” qəzetinə müsahibə verib.
A24.Az azxeber.com-a istinadən xəbər verir ki, aktrisa müsahibəsində şəxsi həyatından da danışıb.
O “sevgiliniz varmı?” sualına belə cavab verib: “Var həm də yox kimi bir şeydir. Əgər mən Türkiyəyə köçsəm, Azərbaycanda olan hər şeyi yarımçıq qoyacam. Sevgilim əgər istəsə, mənimlə gələr, istəməsə də özü bilər. Həyatımı kiməsə görə dəyişmərəm”.
Aktrisa müsahibəsində Rafet El Romanla münasibətindən də danışıb və onu çox romantik adlandırıb: “Rafet çox romantik, səmimi insandır. O Azərbaycan kişiləri kimi deyil. Azərbaycanlı kişilər kobud, bir az da köhnə fikirlidirlər. Türk kişiləri kimi romantik deyillər”
Abıyeva sevdiyi türk aktyorların da adını açıqlayıb: “Halit Ergenc, Şevket Coruh bəyəndiyim aktyorlardır”.
 

Об этом сообщает Футляр от виолончели