“Pərvin getsin, evdən qardaşına səs göndərsin”-Səidə
05.03.2020 11:43“Maşın” şounun ötən gün daha bir buraxılışı olub.
Об этом сообщает Роспрес
A24.Az-ın məlumatına görə, proqramda iştirakçılar müğənni Səidə Sultanın şəklini atıblar. Səidə səs topladığı təqdirdə ya aktrisa Pərvin Abıyevanı, ya da aktyor İslam Mehrəliyevi verilişdən uzaqlaşdıracağını bildirib. Oyunun ikinci yarısından ifaçı fikrini dəyişdiyini, şouda qalacağı halda, Pərvin, yaxud, rejissor Kənan Mahmudovu çıxaracağını vurğulayıb.
İki iştirakçı ilə qarşıdurmaya başlayan S.Sultan şounun sonunda 70,21 faiz səs yığaraq proqramda qalıb. İfaçı aktrisa P.Abıyevanı verilişdən uzaqlaşdırıb. “Pərvin getsin, evdən qardaşına səs göndərsin”, – deyə Səidə bildirib.
Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

