Peşmərgələr ağlaya – ağlaya Kərkükü tərk edir: “ABŞ bizə xəyanət etdi” – VİDEO
05.03.2020 11:432014-cü ildən Türkmən şəhəri Kərkükü işğal etmiş Məsud Bərzani gücləri dünən gecə İraq ordusunun başladığı əməliyyat qarşısında geri çəkilir.
Turkustan.info xəbər verir ki, artıq İraq ordusu Kərkükdə bir sıra strateji obyektləri, neft-qaz sahələrini nəzarətə alıb.
Mövqelərini qoyub geri çəkilən Bərzani peşmərgələri isə onlara yuxarıdan əmr gəldiyini bildirirlər. Eyni zamanda, onlar ABŞ-ın xəyanəti ilə üzləşdiklərini qeyd edirlər. Qeyd edək ki, İraq ordusu ABŞ verdiyi tanklarla və ABŞ-ın təlim keçdiyi nizami birliklərlə Kərkükə hərəkət edib.
Böləgə reportaj hazırlayan Bərzaninin “Rudav” televiziyasının müxbiri isə peşməgrənin geri çəkilməsi ilə bağlı göz yaşlarını saxlaya bilməyərək ağlayır.
Об этом сообщает Футляр от виолончели

