“Peugeot” və “Citroen” avtomobilləri geri çağırılıb
05.03.2020 11:43“Pejo Sitroen Rus” şirkəti Rusiyada 6 mindən çox “Peugeot” və “Citroen” avtomobilini geri çağırıb.
Об этом сообщает Футляр от виолончели
A24.az Trend-istinadən xəbər verir ki, bu qərar avtomobillərdə baqaj qapısının amortizasiyasında və şüşətəmizləyicinin elektromühərrikinin ventilyasiyasında qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2012-ci ilin martından 2016-cı ilin aprelinədək Rusiyada satılmış “Citroen C4 Aircross” və “Peugeot 4008” modellərinə şamil olunur.
Qeyd olunur ki, bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.

