Pikassonun bu əsəri rekord qiymətə satılır
05.03.2020 11:43İspaniyalı sənətkar Pablo Pikassonun ən məşhur portretlərindən “Mavi geyimli qadın” Nyu Yorkda açıq hərracda 45 milyon dollara satışa çıxarılıb.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Pikasso bu əsərində bir vaxtlar sevgilisi olan Dora Maarı çəkib. İkinci Dünya Müharibəsindən sonra rəsm əsərini almanlar ələ keçirib, lakin Fransız Hərəkatının əsgərləri onu faşistlərin əlindən almağı bacarıb.
2015-ci ildə Pikassonun “Əlcəzairli qadınlar” adlı əsəri “Christies” muzeyində 179 milyon dollara rekord qiymətə satılmışdı. 6 il əvvəl isə 26 milyon dollara satılan “Mavi geyimdə oturan qadın” əsəri amerikalı kolleksiyaçı tərəfindən alınmışdı.
Qeyd edək ki, tabloda təsvir etdiyi qadın Dora Maar və Pikasso 9 il sevgi yaşayıb. Pikasso rəsm əsərini 1939-cu ildə çəkib.

