Pişiklər kəndi salınacaq
05.03.2020 11:43Türkiyənin Çanaqqala vilayətində pişiklər üçün kənd salınacaq.
Об этом сообщает Роспрес
A24.az xəbər verir ki, burada təqribən 200 pişik yaşayacaq.
Kəndin ərazisinin 600 kv.m olacağı bildirilir. Burada heyvanlar üçün bunqalo görkəmində evciklər, yemək və su içmək yerləri də yaradılacaq.
“Hürriyyət” nəşri yazır ki, sığınacaqda sahibsiz və xəstə pişiklər yerləşdiriləcək. Arzu edən şəxslər onları evlərinə apara bilərlər.

