Piyada polisin ona yazdığı cəriməni ödəməsə nə olar? – ARAŞDIRMA
05.03.2020 11:43Piyadaların qadağan olunmuş ərazilərdən keçdikləri üçün saxlanılmaları və 20 manat miqdarında cərimələnmələri faktları ilə mütəmadi qarşılaşırıq.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, piyada barəsində cərimə qərarının qanuni qüvvəyə mindiyi gündən 3 iş günü müddətdə həmin cəriməni ödəyərsə, ona cərimə məbləğinin 10%-i məbləğində güzəşt tətbiq olunur. Bununla da, qaydanı pozan vətəndaşlar 20 manat deyil, 18 manat miqdarında cərimə ödəmiş olurlar. Bəzi hallarda isə vətəndaşların, onlara yazılan bu cərimələri ödəmədikləri ilə qarşılaşırıq.
Məsələn araşdırma apardığımız müddətdə rəyini soruşduğumuz vətəndaşlardan elələri var idi ki, onlar hətta 17-18 aydır cərimələndiklərinə baxmayaraq, həmin cəriməni ödəmədiklərini bildirdilər.
Belə olan halda isə ortaya bir sıra suallar çıxır. Bunların başında isə, cəriməni ödəməyən vətəndaşlara qarşı qanunla hansısa tədbirlərin görülüb-görülməməsi, yazılan cərimənin üzərinə hansı miqdara faizin yığılması ilə bağlıdır.
A24.Az-a məsələ ilə bağlı açıqlama verən hüquqşünas Ərşad Hüseynov bildirdi ki, əgər vətəndaş cərimə qanuni qüvvəyə mindiyi gündən 1 ay müddətində onu ödəməzsə, növbəti hər gün həmin 20 manatın üzərinə 1% miqdarında cərimə faizi yazılır.
“Bu cərimə zaman məhdudiyyəti olmadan həmin 20 manatın maksimum 60%-i miqdarında (cərimə 20 manat+ faiz 12 manat=ümumi 32 manat) arta bilər. Əgər həmin cərimə hətta bir il müddətində ödənilməzsə də 32 manatdan yuxarı ola bilməz. Qanunvericiliyə görə, həmin 32 manat cəriməni ödəməyən şəxslər barəsində məlumat icra məmurlarına göndərilməli, icra məmurları isə həmin vətəndaşı taparaq, cəriməni ona ödətməlidirlər”.
Ərşad Hüseynov onu da bildirdi ki, qanuni mexanizm yuxarıda sadalanan formada olsa da, görünür təcrübədə buna buna hələlik ciddi şəkildə riayət edilmir:
“Buna görə də, bəzi piyadalar bu cəriməni uzun müddət ödəməmiş qalırlar. Həmin şəxslərə heç ölkədən çıxanda da, onlara problem yaradılmır. Onu da qeyd edim ki, cəriməli vətəndaşlar ölkədən çıxanda, onlara problem o zaman yarana bilər ki, həmin icra məmurları siyahı əsasında vətəndaşı tapsınlar və onda cəriməni ödəməni tələb etsinlər. Əgər, bu dəfə də şəxs cəriməni ödəməzsə, icra məmuru məhkəməyə “vətəndaşın ölkədən çıxışına qadağa qoyulması” ilə bağlı təqdimat verməlidir. Məhkəmə də, qərar qəbul edir və həmin şəxsin bu dəfə də cəriməni ödəmədiyi təqdirdə, ölkədən çıxışına qadağa qoyulur. Hazırki dövrdə isə, heç kim bunu izləmir və həmin şəxs adına cərimə olduğu halda da istədiyi kimi ölkədən çıxır.”

