Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Piyadaların yolu keçərkən ən çox etdiyi 5 SƏHV – VİDEO

05.03.2020 11:43

Kimi yola baxmır, kimi isə piyada keçidi olsa belə ondan istifadə eləmir. 2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub. Bəzi qəzalarda səhv piyadaların özlərində olur.

Об этом сообщает Руспрес

Saytımızın “Xəzər” TV-yə istinadən məlumatına görə, yol hərəkəti üzrə ekspert Tural Yusifov Azərbaycanda piyadaların ən çox etdiyi 5 səhvi açıqlayıb. Onun sözlərinə görə baş verən qəzaların əksəriyyəti elə bu səhvlər səbəbindən olur.

Sürücülər üçün ən təhlükəli piyadalar yolun yarısına qədər gəlib keçməkdə tərəddüd edənlərdi.

Piyadaların ən çox etdiyi səhvlərdən daha biri isə səki ilə deyil yolun hərəkət hissələrindən istifadə etmələridir.

Bəzi piyadalar həmçinin keçiddən istifadə etməyərək özlərini təhlükəyə atırlar. Bəziləri isə qarşıdan gələn yalnız birinci avtomobili nəzərə alırlar, lakin onun arxasınca gələn digər nəqliyyat vasitələrini fikirləşmirlər.

Ən təhlükəli məqamlardan biri piyadaların etdikləri bu səhvlərə öz övladlarını da ortaq etmələridir. Nəticədə valideynindən bu yanlış addımı öyrənənlərin də gələcəkdə həyatlarını təhlükəyə atmaları qaçınılmazdır.