PKK ABŞ-dan aldığı silahları Türkiyəyə tuşladı
05.03.2020 11:43Türkiyənin Afrin əməliyyatına hazırlığı gücləndirməsi terror təşkilatını şəhərdə xüsusi tədbirlər görməyə məcbur edib.
Об этом сообщает Футляр от виолончели
A24.az xarici mediaya istinadən xəbər verir ki, PKK Afrin əməliyyatına mane olmaq üçün işğal etdiyi Tel Rıfat qəsəbəsini Suriya rejim qüvvələrinə verib. Afrinin giriş və çıxışlarında- Qıtmə və Dar əzz İzzədəki müşahidə bölgələrində xəndək qazılıb. Bölgədəki müdafiə gücləri artırılıb. Türkiyə sərhəddindəki Şeyd Hədid, Racu və Şənqalda ABŞ-dan alınan silahlar yerləşdirilib. Belə bir iddia da var ki, uzun müddət PKK ilə birgə çalışan və kod adı Əbu Əli olan bir komandir PKK-nın ABŞ-la birgə Suriyanı bölməyə çalışmasına qarşı çıxaraq Türkiyəyə gəlib.
Qeyd edək ki, planlaşdırılan Afrin əməliyyatına görə, Türk Silahlı Qüvvələri və Azad Suriya Ordusu Azəzdəki Bursiya dağı ilə Afrinin girişindəki Bərəkət dağı arasında olan ərazini ələ keçirib Afrini dünyadan təcrid etməlidir.
Vəsilə İbrahim //A24.az

