Plastik su qablarından istifadə etməməyimiz üçün 3 SƏBƏB
05.03.2020 11:43İsti yay günlərində hər kəsin əlində plastik qabda su görmək mümkündür. Bəs mütəmadi olaraq istifadə etdiyimiz plastik qabların təhlükələrindən xəbəriniz varmı? Çünki plastik qabların sağlamlığımıza zənn etdiyimizdən daha çox zərəri var. Yox əgər plastik qablardan istifadə edəcəksinizsə, o zaman bunlara diqqət edib:
1 – Plastik qabların ömrü vacibdir:
Об этом сообщает Футляр от виолончели
Plastik qablar təhlükəli kimyəvi maddələrə məruz qala bilər. Altındakı xüsusi işarələrə diqqət edərək istifadə etdiyimiz qabların ömrünü öyrənə bilərik. Həmin qabların alt hissəsində üçbucaq olur və bu üçbucağın içərisində rəqəmlər yazılır. Həmin rəqəmlər sizə plastik qabların nə qədər istifadə olunacağını göstərir. Məsələn, üzərində 1 yazılan plastik qab bir dəfə istifadə üçündür, günəş və soyuq mühitə məruz qaldığı zaman toksiki maddə istehsal edir. bu zaman yaranan zəhərli maddələr qidalara və içkilərə nüfuz edərək ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
2 – Bakteriyalar plastik qablarda daha sürətlə yaranar:
İstifadə edilmiş plastik qabdan su içmək tualet unitazını yalamaq kimidir. Bu ifadə araşdırma aparan elm adamlarına aiddir. Çünki bu qablardakı bakteriyanın miqdarı təhlükəsizlik sərhədlərini keçəcək dərəcədə yüksəkdir. Ona görə də plastik qabları bir dəfədən artıq istifadə etmək lazım deyil. İstifadə edərsənizsə sirkə və ya sabunla yuyun.
3 – Plastik qabların ağızlarına diqqət edin:
Qabları yaxşıca yusanız belə yenə də qida zəhərlənmələri və ya hepatit A risti ilə qarşı-qarşıya qala bilərsiniz. Araşdırmalar bakteriyaların daha çox su qablarının ağzında yaşadığını söyləyir.
Firuzə Alimova

