Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polad Bülbüloğlu ilə bağlı nələr baş verir?

05.03.2020 11:43

“İddialara görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun rusiyalı tarixçi və siyasi ekspert Oleq Kuznetsovdan xoşu gəlmir, onu səfirliyə buraxmır. Mən iddia etmirəm ki, Oleq Kuznetsov əjdaha ekspertdir. Ancaq onu bilirəm ki, Oleq Kuznetsov Moskvada Azərbaycanın mövqeyini canı-qəlbdən dəstəkləyən və buna görə erməni lobbisini təzyiqləri ilə üz-üzə qalan barmaqla sayılacaq rus ekspertlərdən biridir”.

Об этом сообщает Руспрес

A24.Az xəbər verir ki, bunu haqda politoloq Elxan Şahinoğlu öz şəxsi Facebook səhifəsində paylaşdığı statusunda bildirib.

“Məhz onun sayəsində Xocalı soyqırımının tanınması məqsədilə petisiya hazırlanaraq Dövlət Dumasına göndərilib və indi imzatoplama kampaniyası ilə məşğuldur. Görəsən, Polad Bülbüloğlu Azərbaycanın haqlı mövqeyini dəstəkləyən daha güclü rus politoloq tapıb ki, Oleq Kuznetsovdan zəhləsi gedir? Polad Bülbüloğlu Oleq Kuznetsova alternativ tapıbsa, biz niyə onu tanımırıq? Olanları vururuq, sonra da deyirik ki, erməni disaporu niyə bizimkindən güclüdür”, – deyə politoloq əlavə edib.