Polad Bülbüloğlu mahnı müsabiqəsində Pərvanəylə səhnəyə çıxdı – VİDEO
05.03.2020 11:43Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu Rusiyanın NTV kanalında yayımlanan “Sən supersən” uşaq musiqi müsabiqəsinin finalında çıxış edən azərbaycanlı iştirakçı Pərvanə Alcanovayla səhnəyə çıxaraq “Gəl, ey səhər” mahnısını səsləndirib.
Об этом сообщает Руспрес
Saytımızın “Sputnik”ə istinadən verdiyi məlumata görə, ifadan sonra tamaşaçıların çoxsaylı alqışını alan Polad Bülbüloğlu “Dəyərli dostlar, mən sənət həyatımda çoxlu sayda veriliş gördüm, amma NTV-nin keçirtdiyi bu mahnı müsabiqəsi möhtəşəmdir! Çünki bu veriliş bizim uşaqlara ümüd, böyük fürsət və gələcək vəd edir. Gəlin birlikdə bu verilişin yaradıcı heyətinə “NTV kanalı sən supersən!” deyək” kimi fikirlər səsləndirib.
Saytımız müsabiqədən olan videogörüntünü təqdim edir:

