Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru olmaq şansını dəyərləndirdi

05.03.2020 11:43

“Mən Azərbaycanın və onun nümayəndəsi kimi özümün YUNESKO-nun səlahiyyət sahələrinə aid olan problem və çağırışların həllinə əhəmiyyətli töhfə vermək bacarığını yüksək qiymətləndirirəm”.

Об этом сообщает Руспрес

Saytımızın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS agentliyinə müsahibəsində deyib.

O qeyd edib ki, Azərbaycanın mədəniyyət naziri, eləcə də Rusiyada səfir işlədiyi müddətdə münaqişə şəraitində humanitar təşəbbüslərin icrası sahəsində də böyük təcrübə əldə edib:

“Düşünürəm ki, bu təcrübə və bacarıqlar mənim YUNESKO üçün faydalı ola biləcək təşkilatın baş direktoru vəzifəsinə seçilməyimə imkan verir. Şanslara gəldikdə isə, fikrimcə, bütün layiqli namizədlərin bu vəzifəyə şansı var”.

YUNESKO-nun işi barədə danışan P.Bülbüloğlu qeyd edib ki, qurumun siyasi polemikalardan uzaqlaşaraq humanitar gündəliyinin qabardılmasına çalışmaq lazımdır.