Polis akademiyasında rəzalət: Gənc qız uşaqlıq yolu olmadığı üçün akademiyadan qovuldu
05.03.2020 11:43Türkiyədə polis akademiyasından məzun olmağa hazırlaşan 24 yaşlı qız uşaqlıq yolu olmadığı üçün akademiyadan qovulub.
Об этом сообщает Руспрес
A24.Az xəbər verir ki, akademiya rektoru qıza “Sən polis formasına layiq deyilsən” deyib.
24 yaşlı qız əslən Ankaradandır. Və anadangəlmə uşaqlıq yolu yoxdur. Gənc qız akademiyadan qovularkən ona sən bizdən deyilsən deyiblər.
“Şoka düşdüm. O qədər sərt dedilər ki. Sonra qadın polis gəldi və dedi ki, formanı çıxarım. Mən bu formaya yaraşmıram. Bu sözlər o qədər ağır təsir etdi ki, hətta gecə yuxuma da girir. Məni dəstəkləyən bir müdirim vardı. Zəng vurub, ona məsələni danışdım. O da təəccübünü gizlədə bilmədi. Dedi ki, bu işdə bir yanlışlıq var. Akademiyaya qaytarılacaqsan dedi. Amma qaytarılmadım”- deyə gənc qız vurğulayıb.
Qeyd edək ki, gənc qız akademiyaya qəbul edilərkən “Uzi”dən keçirilməyib.Mütəxəssislər deyir ki, uşaqlıq yolunun olmaması polis peşəsinə yiyələnmək üçün bir mane deyil. Çünki bu xəstəlik deyil sindromdur və dünyada hər üç min qız uşağından biri belə doğulur.
Nərmin Kərim

