Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polis əməkdaşları qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarıblar

05.03.2020 11:43

Respublika daxili işlər orqanları ötən gün keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə çıxarıblar.

Об этом сообщает Руспрес

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən A24.az-a bildiriblər ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə etdikləri məlumat əsasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 0,110 qram heroin aşkar edilib.

Tədbirlərin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib və əlavə olaraq ümumi çəkisi 9 kiloqram 230 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Növbəti uğurlu tədbir Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Polis əməkdaşlarının əməliyyat məlumatı əsasında şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Fərəcovun evinə baxış keçirdikləri zaman oradan ümumi çəkisi 1 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı cinayət işləri başlanılıb, istintaq aparılır.

Elvin Paşazadə