Polis maşını “Porsche” ilə belə toqquşub – QƏZA ANI – VİDEO
05.03.2020 11:44Bakıda bu gün səhər saatlarında polis əməkdaşlarının düşdüyü yol qəzasının görüntüləri yayılıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az-ın verdiyi xəbərə görə, toqquşma anını əks etdirən görüntüləri APA-ya şahidlər təqdim ediblər.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində Səbail rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan “Fiat Doblo” markalı, 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobil və 10 VV 155 dövlət qeydiyyat nişanlı, “Porsche Cayenne” markalı maşın toqquşub.
Qəza nəticəsində bir polis əməkdaşı ölüb, bir neçəsi yaralanıb.

