Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Polis sürücünü öldürdü, əvəzinə 3 milyon dollar ödəyəcəyək

05.03.2020 11:44

ABŞ-ın Minnesota ştatında polis tərəfindən öldürülən qaradərili sürücünün ailəsinə 3 milyon dollar kompensasiya ödənilməsi barədə razılığa gəlinib.

Об этом сообщает Футляр от виолончели

A24.Az xəbər verir ki, Pilando Kastiliya sözügedən ştatın Sent Entoni şəhərində sevgilisi birgə avtomobillə yol gedərkən polis tərəfindən saxlanılaraq silahla öldürülüb.

Lakin məhkəmə, sürücnü öldürən polis məmurunun xeyrinə başa çatıb. Qərar cəmiyyətin qaradərili üzvlərinin narazılığına səbəb olub.

Polisin aşırı güc tətbiq etdiyini iddia edən prokrorluq bəraətin ardından kamera görüntülərini yayıb.
Görüntülərdə polis məmurunun yolda avtomobili saxladığı əks olunub. Məmur sürücüyə avtomobilinin stop işığı yanmadığı üçün saxladığını deyir. Sürücü sənədlərini istəyən polisə avtomobilində silah olduğunu deyir. İddiaya görə, bu vaxt polis pul qabını çıxarmağa çalışan sürücüyə ard-arda atəş açır. Qaradərili sürücü 7 güllə yarasından dünyasını dəyişib. Kamera görüntülərdə avtomobildə sürücünün sevgilisi və onun kiçik qızının olması da öz əksini tapıb.

Prokrorluq ikinci dərəcəli cinayət və avtomobildəkilərin həyati təhlükəsindən dolayı polis məmuruna qarşı cinayət işi açıb. Lakin polis bəraət aldıqdan sonra sürücünün ailəsi şəhər rəhbərliyi ilə məhkəmə şikayəti mövzusunda razılığa gəliblər.

Belə ki, Kastiliya ailəsinin yazılı açıqlamasına görə, şəhər rəhbərliyi ilə 3 milyon dollar kompensasiya qarşılığında razılıq əldə olunub.

Ailə onu da qeyd edib ki, pul heç bir şəkildə övladlarını geri gətirməsə də həmin kompensasiya ilə oğullarının adına xeyriyyə fondu qurmağı planlaşdırırlar.

Nərmin Kərim