Polisə ictimai dəstək qrupunun üzvü bıçaqlandı
05.03.2020 11:44Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. A24.Az APA-nın qərb bürosuna istinadən xəbər verir ki, hadisə Gəncənin şərq çıxışında yerləşən Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınan qəsəbədə qeydə alınıb. Kəlbəcər rayon Polis Şöbəsinin nəzdində olan polisə ictimai dəstək qrupunun üzvü, 1993-cü il təvəllüdlü Salahlı Şəhriyar Qürbət oğlu hələ ki, kimliyi məlum olmayan şəxs tərəfindən bıçaqlanıb. Cinayəti törədən şəxs hadisə yerindən qaçıb. Yaralı isə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib.
Об этом сообщает Роспрес
Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

