Polkovnik erməni deputatın CAVABINI VERDİ: “Onsuz da sizin…”
05.03.2020 11:44Ermənistan Milli Məclisinin deputatı Ara Babloyan Fransada azərbaycanlı deputatlarla Qarabağ münaqişəsi ilə bağlı keçiriləcək görüşdən imtina ediləcəyini açıqlayıb.
Об этом сообщает Руспрес
A24.Az “tert.am” saytına istinadən xəbər verir ki, Ermənistan Milli Məclisinin deputatı, Ermənistan-Fransa dostluq parlamentinin rəhbəri Ara Babloyan Fransada Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilərsə, azərbaycanlı həmkarlarla görüşə getməyəcəklərini deyib:
Həmçinin bax: Ermənistan hökuməti geri addım atdı – “SÜLH DANIŞIQLARI OLMAYACAQ”
“Əgər onlar azərbaycanlı həmkarları ilə iki ölkə arasındakı münasibətləri müzakirə etmək üçün görüşmək istəyirsə, o zaman bizim ölkənin deputatları da fransalı həmkarların görüşünə gedəcək. Yox, əgər azərbaycanlılar görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi məsələlərini müzakirə etmək istəyirsə, o zaman onlar getməyəcək”.
Erməni deputatların azərbaycanlı həmkarları ilə görüşməkdən imtina edib, geri addım atmalarını A24.Az-a şərh edən Müdafiə Nazirliyinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov bildirdi ki, seçki öncəsi erməni deputatların bu cür görüşlərdən imtina etməsi təbiidir:
“Çünki onlar istəmirlər ki, seçki öncəsi bu məsələ daha da böyüsün. Ümumiyyətlə, onların (erməni deputatların) Qarabağ münaqişəsinin həllində heç biri rolu yoxdur. Erməni deputatların görüşdən imtina etməsində də qeyri-aid bir şey yoxdur. Bu, sadəcə seçkiqabağı edilən manipulyasiyadır. Hansı formada olursa olsun, istər-istəməz onlar bu məsələyə toxunmalı olacaqlar. Ölkədə seçki öncəsi cəmiyyət iki qrupa bölünüb: Müxalifət və iqtidar. Bu seçkiyə qədər Sarkisyanın hakimiyyəti belə zəif olmayıb. Cəmiyyətin iki qrupa bölünməsinə baxmayaraq, onlar Qarabağ münaqişəsindən bu seçki öncəsi istifadə edib, xalqın gözündə qalxmaq istəyirlər. Amma bu cəhdləri də alınmır. Erməni deputatların Fransada, yaxud digər yerlərdə Qarabağla bağlı müzakirələri əlbəttə ki, heç bir rol oynamır”.
Polkovnik əlavə edib ki, seçki öncəsi erməni iqtidarı, eləcə də Sarkisyanın özünə belə görüşlərin keçirilməsinə bilərəkdən “stop” qoyublar:
“Stop” da ona görə qoyulub ki, hamısı seçkiləri gözləyirlər. İstəmirlər ki, seçkilər öncəsi özlərinə sonradan bəraət qazandıracaq sözlər desinlər. Çünki istənilən danışıqlarda Sarkisyan bizim təkliflərimizlə razı olmayacaq, bu da istər-istəməz onların cəmiyyətində gərginlik yaradacaq. Ona görə də bu görüşlərdən qaçırlar. Bu cür insanların seçki qabağı görüşlərdən imtina etməsi təbii haldır. Bütün bunlara baxmayaraq, erməni müxalifəti Qarabağ məsələsində həddindən çox aktivdir. Onlar da bildirirlər ki, bu məsələni artıq həll edib, qurtarmaq lazımdır. Yəni oturub Azərbaycana qulaq asmaq lazımdır. Erməni deputatlar ona görə danışıqlara getmirlər ki, onların danışmağa yeni bir sözü, təklifləri yoxdur”.
Xatırladaq ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ötən həftə Rusiya Diplomatiya Akademiyasında çıxışı zamanı bildirmişdi ki, Ermənistanla Dağlıq Qarabağ danışıqları hazırda dayandırılıb:
“Ermənistan tərəfi danışıqların aparılmasında maraqlı deyil. Biz danışıqların davam etdirilməsini təklif etmişik, ancaq İrəvan buna soyuq yanaşır. Ermənistanda 2 apreldə parlament seçkiləri keçiriləcək. Biz danışıqların bu tarixdən sonra aparılmasını da təklif etmişik”.
Orxan Aslanlı

