Poroşenko Ağ Evdə Trampla Ukraynanın taleyini həll edir – Ciddi mesajlar verildi
05.03.2020 11:44
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Ukrayna prezidenti Poroşenkonu qəbul edib.
A24.Az xəbər verir ki, görüşdə Ukraynanın şərqindəki münaqişə və ölkədəki islahatlar müzakirə olunub.
Görüşlə bağlı Ağ Evdən verilən yazılı açıqlamada iki liderin Ukraynadakı separatçılarla yaşanan münaqişənin sülh yolu ilə həll olunması, ölkədəki korrupsiya ilə mübarizə və qarşılıqlı işbirliyinin davam etdirilməsinin qərara alındığı xüsusi vurğulanıb.
Poroşenko ilə görüşünün çox məhsuldar olduğunu deyən Tramp iki ölkə arasındakı münasibətlərin daha geniş və dərin müzakirə edildiyini açıqlayıb və bir çox sahələrdə əməkdaşlıqlarının daha uzağa gedəcəyinin mesajını verib.
Poroşenko isə qısa açıqlamasında demokratiya və azadlıq üçün mücadilə etdiklərini deyərək, ABŞ kimi dəyərli bir müttəfiqlərinin olmasından məmnunluq duyduğunu vurğulayıb “Bu, bir uğur hekayəsidir və bu hekayənin dəstəkçiləri olaraq sizi (Tramp) və ABŞ-ı yanımızda görməkdən qürur duyuram”.
Об этом сообщает Футляр от виолончели

