Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident göstəriş verdi: “Mənim varidatımı əhaliyə açıqlayın”

05.03.2020 11:45

Filippin Prezidenti Rodriqo Duterte qeyri-qanuni yolla varlanması barədə ittihamlar fonunda ona məxsus bank hesablarının dərc edilməsi barədə göstəriş verib.

Об этом сообщает Футляр от виолончели

A24.Az-ın məlumatına görə, R.Duterte bəyan edib ki, o, pulların yuyulması ilə mübarizə şurasına və digər qurumlara ona məxsus varidatın açıqlanması barədə göstəriş verib.

Filippinin müxalifət partiyasından olan senator Antonio Trillians fevralın 16-da R.Dutertedən öz bank hesablarını dərc etməsini tələb edib. A.Trillians Filippində prezident seçkiləri zamanı da bu tələblə çıxış edib. Bu dəfə senator bəyan edib ki, onun qənaətinə görə, Prezidentin bank hesablarında bəyan edilməyən 2 milyard peso (təqribən 40 milyon dollar) var.

Bunun cavabında R.Duterte müxalif senatorun onun qeyri-qanuni varlanması barədə sübut təqdim edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib. O, həmçinin senatora məhkəməyə müraciət etməyi tövsiyə edib.