Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Prezident İlham Əliyevdən səfərbərlik xidməti ilə bağlı FƏRMAN

05.03.2020 11:45

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni səlahiyyət verilib.

Об этом сообщает Руспрес

Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev müvafiq fərman imzalayıb.

“Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 5-ci (xidmət fəaliyyətinin təşkili) maddəsinin 5.6.12-ci bəndinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır.

Fərmanla həmin bənddə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vətəndaşları həqiqi hərbi xidmətə və işə qəbul etməklə yanaşı, həm də işdən azad edəcək.